• çərşənbə, 08 May, 22:38
  • Baku Bakı 18°C

Düşmən atəşkəsi yenə pozub

22.04.14 08:20 1124
Düşmən atəşkəsi yenə pozub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub./apa/
banner

Oxşar Xəbərlər