• cümə axşamı, 28 mart, 20:52
  • Baku Bakı 13°C

14 iyul Azərbaycan xalqının tarixi taleyində heç vaxt unudulmayacaq bir gündür

11.07.19 16:30 1575
14 iyul Azərbaycan xalqının tarixi taleyində heç vaxt unudulmayacaq bir gündür
İyulun 14-ü Azərbaycan xalqının tarixi taleyində heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunub. 1969-cu il iyulun 14-ü ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlayır.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev söyləyib. O deyib: "1969-cu ildə Ümummilli Lider hakimiyyətə gələndə Azərbaycan iqtisadi baxımdan geridə qalmış respublikalardan biri idi və öz göstəricilərinə görə keçmiş Sovet İttifaqının 15 respublikası arasında 13-cü yeri tuturdu. 1971-ci ildə isə Azərbaycan artıq inkişaf sürətinə görə qabaqcıl respublikalardan biri idi. Məhz o illərdə yüksək sürətlə müasir sənaye kompleksləri yaranır, kənd təsərrüfatı inkişaf edirdi. Heydər Əliyev 1982-ci ildə SRRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O illərdə də Heydər Əliyev xalqın lideri kimi Azərbaycanın rifahının qayğısına qalır, xalqın maraqlarını müdafiə edir, bu istiqamətdə yorulmadan çalışırdı. Amma 1987-ci ildə Ümummilli Lider böyük ədalətsizliklə üzləşdi. Onun istefası Azərbaycan üçün böyük itki idi. Erməni millətçiləri bu vəziyyətdən dərhal istifadə etdilər. Heydər Əliyevin istefasından heç iki həftə keçməmiş ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.
1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Heydər Əliyev yenə də cəsarətli insan, böyük vətənpərvər olduğunu nümayiş etdirdi. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək etiraz səsini bütün dünyaya çatdırdı. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarananda xalq Ulu Öndərə müraciət edərək onu siyasi hakimiyyətə dəvət etdi və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdi. Bununla da Azərbaycanda quruculuq, sabitlik və inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu.
Ümummilli lider Heydər Əliyevin layiqli siyasi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə dinamik inkişafı təmin edilib və böyük nailiyyətlər əldə olunub. Azərbaycan müstəqillik yolu ilə inamla addımlayır. Prezident İlham Əliyevin milli dövlət quruculuğu prosesini uğurla davam etdirməsi nəticəsində bu gün Azərbaycan regionun lider ölkəsinə çevrilib. İqtisadi, sosial, mədəni və digər sahələrdə həyata keçirilən islahatlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu siyasət hər bir Azərbaycan vətəndaşının maddi və sosial rifahının artmasına xidmət edir”.
banner

Oxşar Xəbərlər