• cümə, 26 Aprel, 07:57
  • Baku Bakı 12°C

136 yaşayış məntəqəsində su təchizatının yaxşılaşdırılması üçün 10,5 milyon manat ayrılıb

05.06.17 18:42 1449
136 yaşayış məntəqəsində su təchizatının yaxşılaşdırılması üçün 10,5 milyon manat ayrılıb
Prezident İlham Əliyev iyunun 5-də "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTACxəbər verir ki, Sərəncama əsasən, əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,5 milyon manat vəsait ayrılıb.
banner

Oxşar Xəbərlər