• cümə, 19 Aprel, 19:38
  • Baku Bakı 24°C

1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

17.01.20 11:55 1490
1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ötən il ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib.
Trend-in məlumatına görə, bunu AQTA sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, ötən il Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxlama həyata keçirilib.
AQTA sədri bildirib ki, yoxlamaların 820-i planlı, 471-i isə plandankənar olub. 748 təsərrüfat subyekti barədə inzibati xəta haqqında 792 protokol tərtib edilib. 629 inzibati cərimə, 36 işin aidiyyəti üzrə göndərilməsi, 21 xəbərdarlıq, 14 şərti cərimə, 6 iş üzrə icraata xitam verilməsi və 5 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib. Barəsində icraat aparılan şəxsin inzibati cərimə edilməsi haqqında qəbul edilən qərarlar əsasında 372 530 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Q.Təhməzlinin sözlərinə görə, 2019-cu ildə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı ümumilikdə 108.2 min ton və 99.4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub.
Agentlik tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.
banner

Oxşar Xəbərlər