• cümə axşamı, 05 dekabr, 08:11
  • Baku Bakı 6°C

Bananın tərkibində ürək üçün faydalı mikroelementlər var

27.05.23 07:45 6086
Bananın tərkibində ürək üçün faydalı mikroelementlər var

Banan ürək sağlamlığının möhkəmləndirilməsi üçün faydalı meyvədir. Xüsusilə, o, böyük miqdarda ürək əzələsi üçün lazımlı mikroelement olan kaliumun zəngin mənbəyidir. AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, diyetoloq Yevgeni Arzamastsevin dediyinə görə, orqanizm kifayət qədər kalium aldıqda ürək stresin öhdəsindən daha yaxşı gələ bilir. Bundan əlavə, bananın tərkibində ürəyin “xoşladığı” B qrupu vitaminləri vardır.

“Banan artıq mövcud olan xəstəliklərdən xilas etməyəcək, lakin onların profilaktikası və ürəyin yaxşı fəaliyyəti üçün faydalıdır”, - deyə mütəxəssis bildirib.

Eyni zamanda, diyetoloq bananda yüksək tərkibdə şəkərin olmasına diqqəti çəkib. Bu səbəblə o, diabet xəstələrinə zərərlidir, ilk növbədə, orqanizmi karbohidratların həzmi ilə problemi olmayan idmançılar və fiziki aktiv olan insanlara tövsiyə olunur.

“İnsan aktiv deyilsə, idmanla məşğul olmursa, bananı hər gün deyil, həftə ərzində digər meyvələrlə növbələmək lazımdır”, - deyə ekspert məsləhət görüb.

banner

Oxşar Xəbərlər