• bazar ertəsi, 05 may, 09:55
  • Baku Bakı 17°C

“Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələləri komandalar şəkilində keçiriləcək

06.02.21 13:21 657
“Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələləri komandalar şəkilində keçiriləcək
"Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələləri komandalar şəkilində keçiriləcək.
APAxəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin müavini, "Yüksəliş" müsabiqəsi komitəsinin rəhbəri Fərhad Hacıyev deyib.
O bildirib ki, iştirakçılar müsabiqənin yarımfinalında 8, finalda isə 6 nəfərlik komandalara bölünəcəklər.
Bundan sonra hər komandaya müxtəlif məsələlərin həlli tapşırılacaq.
Fərhad Hacıyev qeyd edib ki, müsabiqəyə işğaldan azad olunan ərazilərin inkişafı ilə bağlı məsələlər də salınacaq: "Hər hansı komanda qarşısında işğaldan azad olunmuş şəhərin və ya rayonun inkişafına dair məsələlər qoyulacaq. İştirakçılar həmin məsələlərin həlli ilə bağlı təkliflərini verəcəklər".

banner

Oxşar Xəbərlər