AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub

Yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub

Mədəniyyət
04 May 2021, 21:15 409
Bu gün yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, mərhum Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.
A.Hüseynovun anası aprelin 26-da dünyasını dəyişib. 
Qeyd edək ki, bu gün Bakı-Qazax yolunda 99 HF 789 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində BMW-ni idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib.