• şənbə, 27 Aprel, 00:08
  • Baku Bakı 14°C

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru dəyişdi - FOTO

10.09.21 17:09 400
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru dəyişdi - FOTO
"Yeni Azərbaycan” qəzetinə yeni baş redaktor təyin edilib.
Kaspi.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında qərar verilib.
İclasda partiyanın təsis etdiyi "Yeni Azərbaycan” qəzetinə filologiya elmləri namizədi Alqış Musayev (Həsənoğlu) baş redaktor təyin edilib.
Xatırladaq ki, qəzetin keçmiş baş redaktoru Hikmət Babaoğlu idi.
Qeyd edək ki, Alqış Həsənoğlu 1997–2008-ci illərdə də "Yeni Azərbaycan” qəzetinin baş redaktoru olub.

banner

Oxşar Xəbərlər