Viaqra öldürürmü?

Son zamanlar mediada "cinsi gücü artıran dərman
içdikdən sonra öldü” başlığı ilə çox sayda xəbərlər
yayılır. Bu cür xəbərlər
də hər zaman böyük
maraqla oxunur. Hər şeydən
öncə onu deyim ki, həm
sağlam insanın, həm də
ürək-damar xəstəliyi
olan bir insanın cinsi əlaqə
zamanı infarkt keçirmə riski 1
faizdən azdır. Daha dəqiq
desək, 0.9 faizdir. Yəni
cinsi əlaqəyə
girən hər 1000
insanın sadəcə,
9-u infarkt keçirə bilər. Dünyada meydana gələn
infarktların sadəcə,
1 faizinin səbəbi
cinsi əlaqədir. Daha maraqlı olan isə
odur ki, ürək-damar xəstəliyi
olan insanla sağlam insanın cinsi əlaqə
zamanı infarkt keçirmə riskləri
eynidir. Cinsi əlaqə
zamanı infarkt adətən
ilk iki saat içində keçirilir.
Bu riskin də ən
çox səbəbi
əslində, cinsi əlaqə
zamanı ortaya çıxan cinsi gücü sübut eləmək
hirsi, psixoloji stress və fiziki fəaliyyət kimi faktorlardır. Hər
hansı bir oteldə (yəni
yaşadığınız evdə
və ya məkanda deyil)
cinsi əlaqəyə
girənlərdə,
yemək və spirtli içki
sonrası cinsi əlaqəyə
girənlərdə
və evlilik xarici (yəni
daimi partnyorunuz və ya həyat
yoldaşınızla deyil) cinsi əlaqəyə
girənlərdə
infarkt keçirmə riski daha yüksəkdir.
Ona görə də
ürək xəstəsisinizsə,
cinsi əlaqəni
hər zamankı insanla (həyat
yoldaşınızla və ya daimi partnyorunuzla) yaşamağınız
məsləhətlidir.
Dediyim kimi, başqa insanlarla cinsi əlaqəyə
girmək (yəni
evlilik xarici cinsi əlaqə)
ürək-damar xəstələrinin
ürəyində daha çox gərginliyə
səbəb olur.
Qayıdaq
cinsi performansı və ya gücü (burada ereksiya nəzərdə tutulur) artıran dərman
vasitələrinin
ölümə səbəb
olub-olmadığı mövzusuna. Cinsi gücü və
ya performansı artırmaq məqsədi
ilə ən çox istifadə
edilən dərmanlar
sildenafil, vardenafil və tadalafilkimi preparatlardır.
Bunların arasında ən çox istifadə
ediləni isə hamının bildiyi, əsas tərkib hissəsi
sildenafil maddəsi olan məşhur Viaqradır. Onu
deyim ki, cinsi gücü artıran bu dərmanlar qan damarlarını genişləndirərək qan təzyiqini bir az aşağı
salır. Bu cür dərmanlar ürək damarlarını da
genişləndirərək
ürəyin
qidalanmasına yaxşı təsir edir. Ayrıca, qanın laxtalanma qabiliyyətini də azaldaraq trombun əmələ gəlməsinin qarşısını almağa çalışır. Bu dərmanların bu cür təsirlərinin olması, onların təhlükəli olmayacağını göstərir. Bu cür dərmanları içib cinsi əlaqəyə girən insanlar arasında
infarkt keçirənlər təbii ki, var. Ancaq bu insanların infarkt keçirməsini birbaşa olaraq
bu cür dərmanlarla
əlaqələndirmək doğru deyil. Çünki
cinsi əlaqəyə girməyin özü, az da olsa infarkta səbəb ola bilir. Ən önəmli fakt da odur ki,
aparılan araşdırmalar nəticəsində ürək-damar xəstəliyiniz olsun və
ya olmasın, cinsi gücü artıran bu cür dərman vasitələrinin birbaşa
infarkta səbəb olmadığı ortaya
çıxıb. Bunu daha sadə dillə bu şəkildə izah edim: elmi araşdırmalarla bu cür dərmanları içərək cinsi əlaqəyə girən insanlarla bu cür dərmanlardan istifadə etməyib cinsi əlaqəyə girən insanların eyni dərəcə infarkt keçirmə riski daşıdıqları müəyyən edildi. Beləliklə, "cinsi gücü artıran
dərman
içdikdən
sonra öldü” tipli xəbərlər həqiqəti əks etdirmir.
Yalnız bu cür dərmanlardan istifadəyə başlamadan öncə stress testi edilməlidir. Əgər stress testi zamanı xəstənin heç bir şikayəti (nəfəs darlığı, sinə ağrısı, göyərmə, təzyiqdə düşmə və s.) olmadan xəstə müəyyən zaman müddəti boyunca qaça bilirsə, o xəstə həmin dərman maddələrindən istifadə edə bilər. Ancaq bu dərman maddələrini qəbul etməzdən öncə kardioloqla mütləq məsləhətləşmək
lazımdır. Çünki ürək xəstəliklərinin müalicəsi zamanı qəbul edilən bəzi
dərmanlarla bu dərmanların istifadə müddəti arasında ən azı 24 saat fərq olmalıdır.
Son söz: Cinsi əlaqəyə
rahat və yorğun olmadığınız bir anda, daimi
partnyorunuz və ya həyat
yoldaşınızla, evinizdə və
ya daimi məkanınızda, mümkün olduqca yeməkdən
2-3 saat sonra və spirtli içki qəbul
etmədən girin.
Cinsi əlaqəyə
səhər və
ya axşam, heç fərq etməz,
günün istənilən
vaxtında cinsi girmək olar. Mediada yayılan bəzi
xəbərlərin
əksinə, cinsi gücü
artıran dərman vasitələri,
xüsusi ilə də ən çox istifadə edilən Viaqra infarkta və
ya ürək dayanmasına səbəb
olmur. Ürək-damar xəstəliyi
olan insanlar bu dərmanlardan
istifadə edə bilərlər.
Yalçın Velibey
Kardioloji Uzmanı
