çərşənbə axşamı, 09 avqust, 11:31

Baku Bakı 25°C

ÜST Azərbaycana meymunçiçəyi virusunu təsbit edən test göndərəcək

icon 156 icon 20 iyun 2022 | 13:30 ÜST Azərbaycana meymunçiçəyi virusunu təsbit edən test göndərəcək

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək".

Bunu "Report"un sualına cavabında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib: "Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək. Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələri Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparırıq. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur".