şənbə, 21 May, 13:57

Baku Bakı 20°C

Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yayıb

icon 159 icon 14 yanvar 2022 | 10:56 Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yayıb

"Qardaş Azərbaycan Respublikasının müstəqilliyini yenidən qazanmasından sonra onu beynəlxalq aləmdə tanıyan ilk ölkə Türkiyədir. Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə imzaladığı "Diplomatik əlaqələrin yenidən qurulmasına dair anlaşma” sənədi nəticəsində 1992-ci il yanvarın 14-də Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda fəaliyyət göstərməyə başlayan ilk diplomatik nümayəndəlik oldu”.
Kaspi.az xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında əksini tapıb.
Bəyanatda qeyd olunub ki, tarix boyu Türkiyə Cümhuriyyəti çətin vaxtda ilk olaraq Azərbaycanın qardaş köməyini, Azərbaycan isə çətni günlərdə Türkiyənin dəstəyini görüb: "Beynəlxalq aləmdə ölkələrimizin uğurlarına görə birlikdə sevinir, kədərinin isə kədərimiz olduğunu bildiririk".
Qeyd eədk ki, bu gün Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 30 ili tamam olur.