• cümə, 26 Aprel, 07:03
  • Baku Bakı 12°C

TÜRKSOY Cəfər Cabbarlını yad edəcək

05.02.19 14:38 650
TÜRKSOY Cəfər Cabbarlını yad edəcək
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY ) "Türk dünyasının öncülləri-12” cərçivəsində növbəti konfransını görkəmli Azərbaycan yazıçısı və şairi Cəfər Cabbarlıya həsr edəcək. Təşkilatdan "Kaspi”yə verilən məlumatda bildirilir ki, görkəmli dramaturqun anadan olmasının 120 illiyinə həsr olunan və bədii-rəsmi hissədən ibarət olacaq tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov məruzə ilə çıxış edəcək.
TÜRKSOY-un Baş Katibliyində təşkil olunacaq konfrans fevralın 12-də saat 15-də keçiriləcək. Konfransa giriş sərbəstdir.
banner

Oxşar Xəbərlər