• çərşənbə axşamı, 19 mart, 09:06
  • Baku Bakı 8°C

Təxribatçıların yaydığı saxta xəbərlər

15.07.20 18:34 823
Təxribatçıların yaydığı saxta xəbərlər
Ekspertlər əhalini ehtiyatlı olmağa, mənbəyi məlum olmayan informasiyalara inanmağa çağırırlar

İyulun 12-dən etibarən Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərini ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Şiddətli döyüşlər zamanı hər iki tərəfin ciddi itkiləri olub. Xalqımız şiddətli döyüşlərin getdiyi bir vaxtda ayağa qalxaraq öz dövlətinin və ordusunun yanında olduğunu bir daha bütün dünyaya sübut etdi. Təəssüf ki, hər zaman olduğu kimi xalq-ordu birliyi, Azərbaycan xalqının ali baş komandanın ətrafında yumruq kimi sıx birləşməsi bu dəfə də kimlərinsə maraqları ilə üst-üstə düşmədi. Elə bunun nəticəsi olaraq sapı özümüzdən olan baltalar bu birliyə müxtəlif alçaq hərəkətlərlə, provakasiyalarla xələl gətirməyə çalışır. Amma xalqınmızın gücü və iradəsi bu birliyin pozulmasına imkan vermədi. Cəhdləri baş tutmayanlar bu dəfə döyüşlər və şəhidlər haqqında ənənəvi və sosial mediada müxtəlif səpkidə paylaşımlar edilir. Həmişə olduğu kimi, bu dəfə də erməni təxribat maşını bütün gücü ilə işləyir. Əlbəttə ki, bu da onların informasiya müharibəsinə nə qədər hazırlıqlı olmasından xəbər verir. Erməni vətəndaşının votsap vasitəsilə yayılan video görünütüləri bunu bir daha sübut etdi. Dilimizi yaxşıca öyrənən həmin şəxs saxta göz yaşları tökərək özünü qurban kimi qələmə verir, eyni zamanda insanları təşviş və panikaya salır. Bundan başqa, yayılan müxtəlif votsap səsyazmalarında saxta məlumatlarla vətəndaşlarımızı təxribata inanmağa sövq edirlər. Guya Tovuzda n syalı hərbi hissənin vurulması və bombalanması haqda votsap səsyazma paylaşımları o qədər real və inandırıcıdır ki, insanlarımız bu tələyə tez düşür. Amma bilməliyik ki, belə yalanlar tarix boyu olub və bundan sonra da olacaq. Əhali arasında dezinformasiya yayan, cəmiyyəti çaşdırmağa çalışan, döyüşlərin getdiyi bir vaxtda təxribatla məşğul olan şəxslərin ifşa olunması, məsuliyyətə cəlb edilməsi olduqca mühüm məsələdir. Həmin insanlar vaxtilə azərbaycanlıları Dağlıq Qarabağdan çıxmağa çağıran, müxtəlif təxribatlar törədən şərəfi, milləti, dini bilinməyən yaramazlar kəskin tənqid olunmalıdır.

Millət vəkili Sahib Alıyevdeyir ki, bu insanlarla mübarizənin ən effektiv yolu həmin adamların kimliyini ifşa edib, etdiklərinin düşmənə xidmət olduğunu icttimaiyətə açıqlamaqdır: "Belələrini görməzdən gəlmək düzgün deyil. Əgər onlar bu xalqın, dövlətin, ordumuzun əleyhinə olan ağ yalanları yaymaqdan çəkinib utanmırlarsa, belə insanların ifşa etməkdən biz niyə utanmalıyıq? Ötən əsrin 90-cı illərində bu insanların təxribatçı hərəkətləri nəticəsində biz o qədər topraq itirdik. Bu, hibrid savaşdır. Yəni bu, sadəcə ordular arasında gedən bir savaş deyil. Təkcə forma etibarilə deyil, mahiyyət etibarilə də bu, xalqımızn savaşıdır. Hazırda ordumuz ön planda olsa da, ən qızğın döyüşlər informasiya cəbhəsində gedir. Ona görə də cəmiyyətimiz yetkin, prinispial olmalıdır. Kimin kim olduğunu öz adı ilə çağırmağı bacarmalıyıq. Bu məsələdə "mən bunu taıyıram, o mənim qonşumdur, yaxşı adamdır” kimi yanaşmalara yol vermək olmaz. Necə ki, şeytanın adını çəkib lənətləyəndə yoxa çıxdığı kimi, bunları da öz adları ilə çağırıb ifşa etməklə yoxa çıxarmalıyıq”.
Millət vəkili bildirdi ki, Meydan Tv kimi düşmən dəyirmanına su tökən online media resursları çoxdur: "Milli Şuranın baş ideoloqlarından birinin etiraf etdiyi kimi əsas hədəfi hakimiyəti şərləmək olan, ermənilərdən və onların havadarlarından maliyyə yardımı alan media resursları çoxdur. Onların belə hərəkətləri birinci dəfə deyil. Onalr təkcə hakimiyyəti deyil, Azərbaycan dövlətini, xalqını şərləyir. Onlar alçaqcasına azərbaycanlıların qələbə əzmini sındırmağa çalışırlar. Onlar bizim torpqalarımızın işğal olunmaslnl bizə həzm etdirmək istəyən qüvvələrin əlində alətə çevrilib. Biz bunları açıq-aşkar şəkildə cəmiyyətdə ifşa etməliyik. Təəssüf ki, bu media qurumlarının paylaşımlarını bəyənənlər içərisində tanıdıqlarımız, etibar etdiklrəimiz var Onlara öz açıq iradımızı bildirməliyik. Biz bunu etməyi bacarmalıyıq. Vətənə ximdət məhz budur. Vətənə ximdət qətiyyətli mövqe ortaya qoymaqdan keçir”.


"Teleqraf” Holdinqin rəhbəri Aynur Camal bildirdi ki, "Meydan Tv”, "Hamam Times”, "Sancaq Production” indi Ermmənistanın xüsusi xidmət orqanları üçün "mənbə” rolunu oynamaqdadır: "Təbii ki, bu bizim tərəfimizdən təəəssüf doğurur. Çünki şiddətli döyüşlərin getdiyi bir şəraitdə iqtidar-müxalifət məsələsi arxa plana keçməlidir. Hətta deyərdim ki, bu məsələ belə bir məqamda ümumiyyətlə gündəmdən çıxarılmalıdır. Amma təəssüflər olsun ki, "5-ci kolon”un Azərbaycanın əleyhinə olan, düşməncə və alçaqca fəaliyyətini görürürk. Müxalifətin qəbulolumaz hərəkətlərinin şahidi oluruq. Bu insanlar həmişə olduğu kimi dövlət və hakimiyyət anlayışlarını bu dəfə də dəyişik salır. Hakimiyyətə olan münasibəti dövlətə yönəldirlər. Hansı ki, bütün sivil dövlətlərdə ölkənin ərazi bütövlüyü, suverenliyi ilə bağlı problem ortaya çıxanda bütün siyasi qüvvələr qeyd-şərtsiz birləşir. Təəssüf hissi ilə demək istəyirəm ki, bu, bizdə yoxdur. Bunun nəticəsində adıçəkilən media orqanlarının yaratdığı xoşagəlməz situasiya ilə üz-üzə qalmışıq. Dünən axşam paytaxtda Tovuzda baş verən təxribatla bağlı dinc aksiya keçirən insanlarımızın yürüşü ilə bağlı Ermənistan tərəfinə "mövzu” vermiş oldular. Meydan Tv-nin çəkdiyi görüntüləri Ermənistan öz ictimaiyyətinə Azərbaycan xalqı müharibə istəmir və bizdən qorxur, buna görə də küçələrə axışıb” kimi təqdim etdi. Bu təbii ki, çox yanlış bir addım idi. Azərbaycanın müvafiq hüquq-mühfizə orqanları mütləq bu məsələ ilə bağlı ölçü götürəcək”.
A.Camal söylədi ki, təxribatçılar, provakativ hərəkətlər edən, saxta məlumatlarla insanları təşvişə salan şəxslər araşdırılaraq qanun qarşısında cavab verməlidir: "Hələlik isə düşünürəm ki, belə halların qarşısının alınması üçün Tovuzda, Qarabağda atəşkəs tam bərpa edilənədək sosial şəbəkələrə müəyyən mənada məhdudiyyət qoyulmalıdır. Türkiyədə və digər qonşu ölkələrdə dövlət üçün təhdid yaradacaq hallar aşkar edildikdə sosial şəbəkələrə girişə məhdudiyyət qoyulmasının şahidi olmuşuq. Düşünürəm ki, adı çəkilən media qurumları bloklanmalı, sosial şəbəkələrə məhdudiyətlər tətbiq olunmalıdır. Azərbaycan dövlətinin bu tədbirləri həyata keçirməsi çox önəmlidir. Bu, bizim ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində atılan addımlardan biri olmalıdır”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər