• cümə, 26 Aprel, 13:55
  • Baku Bakı 23°C

Ötən il Azərbaycanda hepatit xəstəliyindən 62 nəfər ölüb

24.05.21 12:15 724
Ötən il Azərbaycanda hepatit xəstəliyindən 62 nəfər ölüb
Ötən il Azərbaycanda viruslu hepatit diaqnozu ilə qeydə alınan xəstələrin sayı 206 nəfər olub.
Bu barədəAPA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, onlardan 150-si kişi, 56-sı qadındır. Xəstələrdən 13 nəfəri 0-17 yaş qrupuna aiddir, 193 nəfəri 18 və yuxarı yaşlı şəxslərdir.
Məlumata əsasən, xəstələrdən 13-ü kişi, 12-si qadın olmaqla 25-i kəskin A hepatitli, 74-ü kişi, 24-ü qadın olmaqla 98 nəfəri kəskin B hepatitli, 63-ü kişi, 20-si qadın olmaqla 83 xəstə kəskin C hepatitlidir.
Məlumatda qeyd olunub ki, 2020-ci ildə A hepatitindən 2 nəfər, B hepatitindən 6-sı qadın, 6-sı kişi olmaqla 12 nəfər, C hepatitindən isə 38-i kişi, 10-u qadın olmaqla 48 nəfər ölüb.

banner

Oxşar Xəbərlər