"Təhsilin yeni məzmunu müasir
idarəçilik və yeni resurslar tələb edir. Köhnə alətlərlə yeni məzmunu ölçmək
omaz”. Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat
tədbirində səslənən bu fikirlər təhsil sahəsində aparılan islahatlara nəzər
salmağa fürsət yaratdı.
Millət vəkilləri, dövlət və özəl
qurumların nümayəndələri, ali məktəblərin rektorları, qeyri-hökumət
təşkilatlarının rəhbərləri və tanınmış ziyalıların iştirak etdiyi tədbirdə əldə
edilən nailiyyətlər və mövcud olan problemlər açıqlandı.
Təhsil Nazirliyinin 2016-cı ildə təhsil
sahəsində həyata keçirdiyi tədbirlər və yeniliklərlə bağlı «Təhşil»
televiziyasının hazırlığı videoxronika nümayiş olunduqdan sonra nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin
müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı
təqdimatla çıxış etdi: "Məktəbəqədər təhsilin əhatə səviyyəsi 55 faizə qədər yüksəlib.
Ümumi təhsildə keyfiyyətin davamlı inkişaf dinamikasını seyr edirik. Peşə
təhsilində də keyfiyyətli artım dinamikası var. Ötən il ali təhsil sahəsində
rekord sayda tələbə qəbulu qeydə alınıb”.
Təhsil
naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin hesabat tədbirinin keçirilməsinin artıq ənənə
halını aldığını vurğulayaraq, belə görüşlərin təhsildə dəyişikliklərin
aparılmasında mühüm əhəmiyyətini qeyd etdi. Nazir təhsil sahəsində görülən
işlər və qarşıda duran başlıca hədəflərlə bağlı cəmiyyətin rəyinin
öyrənilməsinin, birgə müzakirələrin aparılmasının və ictimai dialoq mühitinin yaradılmasının
vacibliyini vurğuladı: "Bu prosesdə hesabatlılığın və şəffaflığın təmin
edilməsi isə əsas şərtdir”. Nazir Təhsil Strategiyasından irəli gələn
idarəçilik, məzmun, infrastruktur və müəllim faktorlarını vurğulayaraq təhsilin
inkişafında bu amillərin mühüm olduğunu söylədi: "Təkcə kadrların təyinatı
deyil, həm də müasir idarəedici metodlardan istifadə etmək lazımdır. Həyata
keçirilən islahatlar yeni resurslar tələb edir. İslahatların sürətinin və
keyfiyyətinin azalmaması üçün lazım olan resurslardan istifadə etməliyik”.
M.Cabbarov son dövrlərdə müəllimlərin
səriştəlilik səviyyəsi ilə bağlı müxtəlif diaqnostika və tədqiqatların
aparılmasının onları daha yaxşı tanımağa, ehtiyaclarını hərtərəfli başa düşməyə
imkan verdiyini qeyd etdi: "Müəllim olmaq arzusunda olanların sayının artması,
yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi
sevindirici haldır”. Nazir məzunların əmək bazarındakı dəyərini, iqtisadiyyatın
rəqabətliliyini artırmaq üçün bu ayTəhsil
Nazirliyi iləilə İqtisadiyyat Nazirliyi arasında memorandum
imzalanacağını qeyd etdi: "İqtisadi perspektivləri daha asanlıqla reallaşdırmaq
üçün iki qurum arasında kadrların hazırlığı, sifarişi, uzun müddətli
proqnozların hazırlanması və digər istiqamətlər baxımından daha sıx əməkdaşlığa
ehtiyac var. Bu gün həmin peşələr mövcud olmadığı təqdirdə, təhsil sistemi
uğurlu məzunu hansı həyat və peşə üçün hazırlamalı, şagirdlər hansı bilik və
bacarıqları mənimsəməlidir? Bizə bu cavabları heç kim vermir. Lakin biz suala
olan cavabı həmkarlarımızla birgə müəyyənləşdirərək həyata keçiririk”.
Nazir müşahidə edilən yanaşmalara görə uğurlu
Azərbaycan məzununun bəzi kompitensiyalara malik olmalı olduğunu qeyd etdi: "Bu,
çeviklik, informasiya texnologiyaları sahəsindəki bacarıqlar və dil
bilgiləridir. Biz buna ayrı ixtisas kimi deyil, istənilən peşə və ixtisasın
zəruri kompitensiyası kimi baxırıq. Öz ixtisası üçün zəruri olan informasiya
texnologiyaları biliklərinə malik olmayan insanların əmək bazarında
perspektivləri ürəkaçan deyil. Ya regional, ya da qlobal əhəmiyyətə malik olan
xarici dil biliklərini Azərbaycan məzununa verə bilsək, onların hər zaman əmək
bazarındaiş yerlərinin olacağına inanırıq”. M.Cabbarov təhsilin məzmunu,
xüsusilə informatika və xarici dillərin tədrisi üzrə bir sıra layihələrə
başlanıldığını bildirdi.
Nazir, həmçinin ölkədə xarici dil
dərsliklərinin hazırlanması istiqamətində yeniliklər ediləcəyini qeyd etdi:
"Ölkədə ilk dəfə olaraq xarici dil dərsliklərinin hazırlanmasında yerli
mütəxəssislərlə yanaşı, xarici ölkələrin mütəxəssisləri tərəfindən xarici
universitetlərdə hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə
olunan dərsliklərdən istifadə olunacaq”.
Tədbirdə çıxış edən millət vəkilləri,
təhsil ekspertləri, tanınmış ziyalılar təhsil sahəsindəki yeniliklərlə bağlı
cəmiyyətin məlumatlandırılmasının zəruriliyini və belə bir tədbirin
keçirilməsinin əhəmiyyətini qeyd edərək, rəy və təkliflərini bildirdilər.