AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Şuşadakı Qazançı kilsəsinin tarixi görkəmi özünə qaytarılacaq"

Mədəniyyət
05 May 2021, 18:23 592
"Şuşada yerləşən Qazançı kilsəsində hazırda təmir işləri aparılır".
Bunu APA-ya açıqlamasında mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.
O bildirib ki, kilsə təmir edilərək əvvəlki tarixi görkəminə qaytarılacaq: "Ermənilər nə deyirlər, özləri bilər. Başqa cür də ola bilməz, tarixi abidələr həmişə öz tarixi görkəmlərini qoruyub saxlamalıdır".