• şənbə, 27 Aprel, 09:23
  • Baku Bakı 12°C

Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq - EKSKLÜZİV

20.05.21 19:08 783
Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq - EKSKLÜZİV
Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və opera müğənnisi Bülbülün yeni heykəli ucaldılacaq.
Bunu"Report”a açıqlamasında rəssam, heykəltaraş Aslan Rüstəmov deyib.
O qeyd edib ki, işğaldan əvvəl Şuşada həm Ü.Hacıbəyovun, həm də Bülbülün abidəsi olub: "Üzeyir Hacıbəyovun heykəlini heykəltaraş Əhməd Salikov hazırlamışdı. Həmin heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmışdı, lakin erməni vandalları onu tamamilə məhv ediblər. Heykəlin heç modeli də qalmayıb. O dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolara baxıb heykəli hazırlayırıq".
A.Rüstəmov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ondan Bülbülün heykəlinin hazırlanmasını xahiş edib: "Bülbülün Şuşadakı ev muzeyinin həyətində heykəli ucaldılmışdı. Ermənilər heykəli tamamilə dağıdıblar. Həmin abidənin eyni formasını hazırlayırıq. Oğullarım Teymur və Mahmudla birgə hər iki heykəlin üzərində işləyirik”.
banner

Oxşar Xəbərlər