AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu

Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu

Mədəniyyət
13 May 2021, 15:45 707
Bu gün Şuşada "Xarıbülbül” festivalında iştirak etdiyimə görə çox xoşbəxtəm və bunu heç zaman unutmayacam.
Bunu Trend-ə xalq artisti, tarzən Ramiz Quliyev deyib.
R.Quliyev bildirib ki, Azərbaycan xalqı bu günü uzun illər idi gözləyirdi: "Gözəl Şuşamız uzun illər idi ki, düşmən tapdağı altında idi, uzun illər idi ki, xarıbülbülün səsi gəlmirdi, qəlbimizdə bir nisgil var idi, daim həsrət içində idik, hər an Şuşaya qayıtmaq, yenidən o festivalı canlandırmaq arzusunda idik. Şükür Allaha ki, bu arzumuz gerçək oldu və biz indi yenidən Şuşada "Xarıbülbül” festivalındayıq. Dünyanın heç bir yerində xarıbülbül kimi gözəl gül yoxdur. Hislərimi sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Şükür Tanrıya ki, biz bu günü də gördük. Dünyada Şuşa kimi gözəlliyi olan şəhər görməmişəm. Bu günləri bizə bəxş edən əsgərlərimizin canı sağ olsun, şəhidlərimizin ruhu şad olsun. Ən böyük minnətdarlıq isə bizim cənab Prezidentimizə düşür”.