• şənbə, 21 Dekabr, 16:24
  • Baku Bakı 10°C

SOCAR Yaponiya şirkəti ilə əməkdaşlığı müzakirə edib

12.10.24 00:53 2218
SOCAR Yaponiya şirkəti ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiya şirkəti ilə enerji keçidi, dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu müzakirələr SOCAR prezidenti Rövşən Nəcəf və “Yokogawa Europe B.V.” şirkətinin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşdə aparılıb.

Görüşdə şirkətlər arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Tərəflər hasilat, emal və digər sahələrin rəqəmsallaşdırılması, enerji keçidi, dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

banner

Oxşar Xəbərlər