• bazar ertəsi, 16 sentyabr, 22:49
  • Baku Bakı 25°C

SOCAR Özbəkistanda sərgidə təmsil olunur

24.08.24 00:53 733
SOCAR Özbəkistanda sərgidə təmsil olunur

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Daşkənddə Azərbaycan məhsullarına və ölkədə göstərilən xidmətlərə həsr olunan “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə öz stendi ilə təmsil olunur.

“Report”un məlumatına görə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunan sərgidə SOCAR stendi çoxsaylı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Stenddə SOCAR-ın fəaliyyət istiqamətlərinə, o cümlədən apstrim, midstrim, daunstrim, “Yaşıl gündəlik” və insan kapitalı üzrə əldə olunan ən son nailiyyətlərə dair məlumatlar “touch screen” ilə idarə olunan 5 LED monitor vasitəsilə Azərbaycan, rus və ingilis dillərində təqdim edilir.
Stenddə SOCAR-ın müxtəlif ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri barədə məlumatlar da əldə etmək mümkündür.

banner

Oxşar Xəbərlər