• şənbə, 13 Sentyabr, 06:23
  • Baku Bakı 17°C

SOCAR "Gastech 2025" sərgisində təmsil olunub

13.09.25 00:27 103
SOCAR "Gastech 2025" sərgisində təmsil olunub

Sentyabrın 9-12-də İtaliyanın Milan şəhərində keçirilən "Gastech 2025" sərgisində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) innovativ stendi ilə təmsil olunub. Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir.

Bildirilib ki, SOCAR-ın pavilyonunda Cənub Qaz Dəhlizi, "Şahdəniz" qaz-kondensat yatağı, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri, "Abşeron" İlkin Hasilat Sxemi platforması və "SOCAR Karbamid" zavodu kimi strateji layihələri əks etdirən video materiallar nümayiş olunub.

Bununla yanaşı, təbii qazın hasilatı, emalı, nəqli, saxlanması və qaz-kimya sənayesi sahələrini əhatə edən posterlər və infoqrafikalar sərgi iştirakçılarına təqdim olunub.

banner

Oxşar Xəbərlər