• şənbə, 27 Iyul, 08:15
  • Baku Bakı 26°C

“SOCAR Könüllülər” qrupunun ilk məzunları

16.09.23 00:11 2253
“SOCAR Könüllülər” qrupunun ilk məzunları

“SOCAR Könüllülər” qrupunun ilk məzunlarına sertifikatlar təqdim edilib. Onlarla keçirilən görüşdə bildirilib ki, ölkəmizdə mövcud könüllülük hərəkatı gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakına, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına imkan yaradır.

Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Könüllülər” qrupunun ilk məzunları ilə görüş keçirilib. "Report" xəbər verir ki, “SOCAR Tower”da keçirilən görüşdə “SOCAR Könüllülər” qrupunun ilk məzunlarını salamlayan SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılan könüllülük hərəkatının dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib.

Könüllülük fəaliyyətinin əhəmiyyəti

İcraçı direktor könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd edərək bu hərəkatın bir parçası olan “SOCAR Könüllülər” qrupunun ilk məzunlarını təbrik edib, onlara fəaliyyətlərində müvəfəqiyyətlər diləyib.

A.Hüseynova 2022-ci ilin sentyabrında SOCAR Media İctimai Birliyinin nəzdində yaradılan könüllülər qrupunun ötən bir il ərzində səmərəli fəaliyyət göstərdiyini, şirkət tərəfindən həyata keçirilən tədbirlərdə yaxından iştirak edərək mühüm təcrübə qazandıqlarını bildirib.
İnsan kapitalının inkişafı baxımından könüllülər hərəkatının əhəmiyyətindən bəhs edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ölkəmizdə mövcud könüllülük hərəkatının gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakına, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına imkan yaratdığını vurğulayıb.

Məzunlara sertifikatlar təqdim edilib

Vitse-prezident könüllülərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün SOCAR-da əlverişli şəraitin yaradıldığını qeyd edib. SOCAR könüllülərinin ölkəmizdə könüllülük hərəkatının genişlənməsinə töhfə verdiyini ifadə edən Z.Mustafayeva “SOCAR Könüllülər” qrupunun ötən bir il ərzindəki çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar diləyib.

Tədbirdə çıxış edən “SOCAR Könüllülər”i üzrə SOCAR-ın səlahiyyətli nümayəndəsi Ruqiyyə Musayeva məzun olan könüllülərə tədbirlərdə yaxından iştiraklarına, il ərzində aktiv fəaliyyətə görə təşəkkür edib.

Sonra “SOCAR Könüllülər”in qrup rəhbəri Murad Əliyev qrupun ötən bir il ərzindəki fəaliyyəti haqqında ətraflı məlumat verib. Sonda Könüllülər qrupunun məzunlarına sertifikatlar təqdim edilib, xatirə fotosu çəkilib.

banner

Oxşar Xəbərlər