cümə, 12 Avqust, 07:40

Baku Bakı 22°C

Şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyev torpağa tapşırılıb - Yenilənib

icon 3442 icon 11 aprel 2016 | 14:27 Şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyev torpağa tapşırılıb - Yenilənib

10:30
Bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı şəhid olan pilotlar və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.

Şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar.
Mərasimin rəsmi hissəsi saat 12.00-da başlanacaq.
Vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.
Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.
-------
12:17
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan hərbi pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.
APA-nın məlumatına görə, mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Müdafiə naziri Zakir Həsənov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.
Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.
Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.
---------
12:17

Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.
APA-nın məlumatına görə, qəhrəman hərbçilər II Fəxri xiyabanda torpağa tapşırılıblar.
Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.
Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib.
Dəfn zamanı "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirilib.
Şəhidlərin məzarı üzərinə əklillər və güllər düzülüb.