• şənbə, 27 Aprel, 08:18
  • Baku Bakı 12°C

Səfir: “Azərbaycan kapitalını cəlb etmək üçün Ukrayna öz qanunlarını liberallaşdırmalıdır”

25.09.17 16:45 1925
Səfir: “Azərbaycan kapitalını cəlb etmək üçün Ukrayna öz qanunlarını liberallaşdırmalıdır”
Ukraynanın Xarkov şəhərində "İnnovasiya, sərmayə: Xarkov təşəbbüsü” adlı beynəlxalq iqtisadiyyat forumu keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindənAPA-ya verilən məlumata görə, forumda 20-yə yaxın ölkənin Ukraynadakı səfirləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq forumda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycanın separatizmə məruz qalması, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkənin investisiya mühitinə təsir edir. Onun sözlərinə görə, separatizm iqtisadi inkişafa mənfi təsir etdiyindən beynəlxalq maliyyə qurumları işğalçılıq siyasəti yürüdən Ermənistana iqtisadi sanksiyalar tətbiq etməlidir.
Azərbaycanda sağlam investisiya mühitinin yaradıldığını vurğulayan səfir bildirib ki, ölkəmiz xarici investorların cəlb edilməsində maraqlıdır və onların fəaliyyəti üçün beynəlxalq standartlar tətbiq edilir. "Azərbaycan şirkətlərinin Ukraynaya investisiya cəlbini artırmaq üçün ölkə qanunları liberallaşdırılmalıdır. Azərbaycan Ukrayna ilə birgə müəssisələrin yaradılmasında maraqlıdır”, - deyə A. Xudiyev qeyd edib.
banner

Oxşar Xəbərlər