• cümə, 19 Aprel, 01:23
  • Baku Bakı 18°C

Sakit Məmmədov: “Tahir Salahovda həyata olan sevgini heç kimdə görməmişəm”

24.05.21 14:45 1082
Sakit Məmmədov: “Tahir Salahovda həyata olan sevgini heç kimdə görməmişəm”
"Mənim üçün Tahir Salahovun ölümü çox ağırdır. Mən onunla dost idim”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xalq rəssamı Sakit Məmmədov deyib.
O bildirib ki, Tahir Salahov Bakıya gələndə günləri birlikdə keçib: "Moskvada, dünyanın bir çox ölkəsində bir yerdə festivallara qatılmışıq, günlərimiz bir yerdə keçib. Tahir Salahov deyəndə Azərbaycan rəssamlığının kralı göz qabağına gəlir. Bu, Azərbaycan rəssamlığının necə böyük olduğunu göstərir. Həmişə yüksək zirvələrdə oldu və ömrünün son gününə qədər orda da qaldı. Onun çox böyük rəngli dünyası, həyat eşqi var idi. Onda həyata olan sevgini heç kimdə görməmişəm. Həmişə deyirdi ki, yaşamaq və yaratmaq lazımdır. O həm yaşadı, həm yaratdı”.

Rəssam qeyd edib k, T. Salahovun çətin günləri çox olub, amma o, bunları heç vaxt deməyib: "Adam ona baxanda elə bilirdi ki, dünyanın ən xoşbəxt insanıdır, amma ağrılı-acılı həyatı olub. O, bunu sənətdə göstərməyib. O, Abşeron qadınlarının obrazlarını yaradıb bütün dünyaya göstərdi, neftçiləri, əli qabarlı fəhlələri sevə-sevə Neft Daşlarına gedərək çəkmişdi. Harada olursa olsun, alicənablığından qalmırdı. İnsanların içində həmişə seçilirdi”.
banner

Oxşar Xəbərlər