• çərşənbə axşamı, 12 avqust, 23:10
  • Baku Bakı 29°C

Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

23.07.15 19:23 1441
Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il iyulun 15-də Binəqədi rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: İxtisaslaşdırılmış “yaşıl market”in yaradılması, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və istixana təsərrüfatlarının yaradılması. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Əlaqə telefonları: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: [email protected].
Kaspi.az
banner

Oxşar Xəbərlər