• cümə, 26 Aprel, 16:49
  • Baku Bakı 23°C

Sabir Rüstəmxanlı: “Milli Şuranın ömrü bitib”

06.11.13 17:34 1478
Sabir Rüstəmxanlı: “Milli Şuranın ömrü bitib”
“Mlli Şura və VHP münasibətləri Siyasi Şurada müzakirə olunub, qərarlar qəbul edilib, ancaq bu qərarları mətbuata açıqlamaq niyyətim yoxdur”.
Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı söyləyib.
Sabir Rüstəmxanlı bildirib ki, VHP partiya olaraq Milli Şurada iştirak etmir, ayrı-ayrı üzvlərimiz iştirak edir: “VHP-Milli Şura münasibətlərini vaxt, zaman həll edəcək. O üzvlərimiz də öz mövqelərini müəyyənləşdirərlər. Əslində prezident seçkilərinin başa çatması ilə bağlı Milli Şuranın da ömrü bitib. Milli Şuranı başqa bir formatda quruma çevirmək niyyətləri olarsa, o halda da buna uyğun münasibətlər müəyyənləşəcək”.
banner

Oxşar Xəbərlər