• cümə, 26 Aprel, 11:40
  • Baku Bakı 12°C

Rusiya Prezidenti canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandıracaq

20.06.19 15:15 501
Rusiya Prezidenti canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandıracaq
Rusiya Prezidenti Vladimir Putin bu gün canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandıracaq.
AZƏRTACxəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin artıq 17-ci dəfə canlı yayımda ölkə vətəndaşlarının suallarına birbaşa efirdə cavab verəcək. Moskva vaxtı ilə 12:00-da başlayacaq "Vladimir Putin ilə canlı yayım” proqramını Rusiyanın Birinci kanalı, "Rossiya-1”, "Rossiya-24”, "NTV”, "ORT”, "Mir” telekanalları, "Mayak”, "Vesti FM” və "Radio Rossii” radiostansiyaları yayımlayacaq.
Bu gün saat 10:00-a olan məlumata görə, ölkə başçısına 1,5 milyondan çox müraciət daxil olub. Suallar iyunun 9-dan başlayaraq canlı yayım bitənədək qəbul edilir. Müraciətləri SMS və ya MMS-lə, "Moskva-Putin” mobil əlavəsi, yaxud "moskva-putinu.ru” saytı vasitəsilə göndərmək olar.
Prezident Vladimir Putin ilk canlı yayımı 2001-ci ildə keçirib.
banner

Oxşar Xəbərlər