AZE | RUS | ENG |

“Red Bull Dance Your Style”

“Red Bull Dance Your Style”
Heydər Əliyev Mərkəzinin parkında beynəlxalq rəqs yarışması keçirilib

Avqustun 25-də Bakıda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzinin parkında "Red Bull Dance Your Style” rəqs yarışması keçirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, "Red Bull Dance Your Style” müxtəlif küçə üslublu rəqslərini nümayiş etdirən rəqqasların iştirak etdiyi beynəlxalq rəqs yarışmasıdır. Bu yarışma 2018-ci ildə 20 ölkədə keçirilib. Yüksək marağa səbəb olduğuna görə 2019-cu il ərzində dünyanın 30-dan çox ölkəsində və 50 ayrı məkanda keçirilir.
Bakı seçimlərində 16 yerli rəqqas iştirak edib:
1) ZİED, 2) MUFAYAT, 3) RAYMAN, 4) BBOY KAMRAN CFC, 5) MİSTERİO, 6) ZİCO FİRESTAR, 7) BBOY QUESTİON CFC, 8) GAİJİN, 9) LEE, 10) SHİFU, 11) CRAZYBEAT, 12) BBOY BUTTON, 13) XAN, 14) BBOY QUATTRO`J, 15) MOLNİA, 16) NEMO.
Yarışmada münsif heyəti olmayıb, münsiflər rolunda tamaşaçılar çıxış edib.

Yarışmanın dünya üzrə finalı oktyabrın 12-də Parisdə keçiriləcək. Azərbaycandan olan qalib - RAYMAN Parisdə dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparıb, dünya birincisi olmaq şansı qazanacaq.
Tədbirin qonaqları 2017-ci ildə Azərbaycanda keçirilən Red Bull musiqi yarışmasının qalibi DJ Timin təqdim etdiyi musiqilərdən zövq alıblar. Onu da qeyd edək ki, o, DJ Tim 2018-ci ildə Polşada keçirilən Dünya Red Bull musiqi çempionatında Azərbaycanı təmsil edib.
Mərkəzin parkında təşkil olunan yarışmanın sonunda müğənni Rauf Əhmədov çıxış edib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289