• çərşənbə axşamı, 16 aprel, 14:46
  • Baku Bakı 19°C

Qrip zamanı uzanmamağın ölümcül təhlükəsi açıqlandı

31.01.23 14:30 1234
Qrip zamanı uzanmamağın ölümcül təhlükəsi açıqlandı

“Qrip zamanı yanlış müalicə və vaxtında həkimə müraciət edilməməsi nəticəsində yaranan hər hansı fəsad ölümlə nəticələnə bilər”.

Bu barədə Rusiyanın “INVITRO” Ural klinikasının terapevti Marina Konstantinova xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu fəsadlara ağır tənəffüs çatışmazlığı, ümumiləşdirilmiş viral infeksiya (patogenlərin bütün orqanizmə yayılması), bakterial infeksiyanın da qoşulması və ya xroniki xəstəliklərin kəskinləşməsi daxildir.

Həkim qeyd edib ki, qripdə yataq rejiminə riayət olunmazsa, iki-üç həftə sonra infarkt baş verə bilər.

“Böyük fiziki fəaliyyətlə virus sürətlə qanda yayılır və qan damarlarının divarlarının iltihabına, bəzən isə ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bu, qanın laxtalanmasında dəyişikliyə səbəb olur. Virus insult və infarktın inkişafına kömək edir”, - deyə M.Konstatinova izah edib.

banner

Oxşar Xəbərlər