• şənbə, 27 Aprel, 07:13
  • Baku Bakı 12°C

"Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək"

19.01.19 14:10 458
"Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək"
ABŞ PrezidentiDonald TrampNikol Paşinyana Ermənistanın Baş naziri təyin olunması ilə əlaqədar təbrik məktubu göndərib.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, o, məktubundaN.Paşinyanı Baş nazir təyin edilməsi və siyasi blokunun 2018-ci il dekabr ayında keçirilmişparlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
"Birlikdə biz ticarət və iqtisadi əlaqələri dərinləşdirmək üçün səylərimizi inkişaf etdirə bilərik", - D.Tramp yazıb.
ABŞ lideri qeyd edib ki,Dağlıq Qarabağprobleminin sülh yolu ilə həlli bu səylərə öz töhfəsini verəcək.
Xatırladaq ki, yanvarın 14-də Nikol Paşinyan ölkə PrezidentiArmen Sarkisyantərəfindən Baş nazir təyin olunub. Ötən il dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Paşinyanın bloku132mandatdan88-ni qazanıb.
banner

Oxşar Xəbərlər