çərşənbə axşamı, 30 may, 17:36

Baku Bakı 32°C

Qanunsuz erməni silahlılarının Yuxarı Veysəllidə səngər qazması işləri dayandırılıb

icon 184 icon 25 mart 2023 | 17:22 Qanunsuz erməni silahlılarının Yuxarı Veysəllidə səngər qazması işləri dayandırılıb

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.