• şənbə, 27 Aprel, 07:05
  • Baku Bakı 12°C

Qafan aeroportu və Qafan-Gorus yolu hərbçilərimizin vizual nəzarətindədir - Video

06.01.21 16:15 541
Qafan aeroportu və Qafan-Gorus yolu hərbçilərimizin vizual nəzarətindədir - Video
Yanvarın 6-da Dövlət Sərhəd Xidməti Zəngilanın işğaldan azad edilmiş bölgələrinə media-tur təşkil edib.
Kaspi.az xəbər verir ki, jurnalistlər Zəngilanın Ağkənd və Qazançı məntəqələrində olublar.
Ağkənd və Qazançı məntəqələri Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşir.
Ermənistanın Qafan aeroportu Ağkənd, Qafan-Gorus avtomobil yolu isə Qazançı döyüş məntəqəsinin vizual nəzarətindədir.
Sərhədçilərin xidmət şəraiti ilə tanışlıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin Zəngilanda qurduqları və Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş istehkam xətlərinə baş çəkilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun hücumu nəticəsində istehkamlar qısa müddətdə yarılaraq, düşmənin müqaviməti sındırılıb. (APA)
banner

Oxşar Xəbərlər