• cümə, 29 Mart, 09:42
  • Baku Bakı 5°C

Prezident İlham Əliyev: “Süni qiymət artımında əli olanlar ciddi cəzalandırılacaq”

06.04.20 16:47 597
Prezident İlham Əliyev: “Süni qiymət artımında əli olanlar ciddi cəzalandırılacaq”
"İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
Prezident qeyd edib ki, bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər: "Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.
banner

Oxşar Xəbərlər