AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcək

Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcək

İqtisadiyyat
06 Aprel 2020, 18:51 261
Pandemiyadan zərər çəkən sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq.
İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.