• şənbə, 27 Aprel, 03:08
  • Baku Bakı 14°C

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb

02.07.21 11:47 284
Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
Bunu"Report”a açıqılamasında Xalq şairinin qızı Yaqut Yaqubova bildirib.

Onun sözlərinə görə, iyulun 1-də ailə ilə əlaqə saxlanılaraq məlumat verilib: "Bizə deyildi ki, heç nə etməyək, Mehriban xanım bu məsələni üzərinə götürüb. Artıq iş başlayıb”.
Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
banner

Oxşar Xəbərlər