• cümə, 26 Aprel, 16:45
  • Baku Bakı 23°C

Milli Məclisin sədri Gürcüstana gedib

16.12.18 15:00 537
Milli Məclisin sədri Gürcüstana gedib
AzərbaycanMilli Məclisinin sədriOqtay Əsədovunbaşçılıq etdiyi nümayəndə heyəti Gürcüstan prezidentiSalome Zurabişvilininbu gün keçiriləcək inauqurasiya mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.
"Report”un yerli bürosunun xəbərinə görə, Tbilisi beynəlxalq hava limanında parlament sədrini Gürcüstan xarici işlər nazirinin müaviniLaşa Darsaliavə Azərbaycanın Gürcüstandakı səfiriDursun Həsənovqarşılayıb.
O.Əsədovun başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müaviniRamiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəriƏflatun Amaşovdaxildir.
Tbilisi hava limanında Azərbaycan nümayəndə heyəti və L.Darsalia arasında qısa görüş keçirilib. L.Darsalia O.Əsədova Gürcüstana səfər etdiyinə görə təşəkkürünü bildirib. Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, gələcəkdə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Gürcüstanın beşinci prezidenti S.Zurabişvilinin andiçmə mərasimi Telavi şəhərində saat 15:00-da keçiriləcək.
Daha əvvəlGürcüstan müxalifəti yeni prezidentin inauqurasiya gününə etiraz aksiyası planlaşdırdığınıelan etmişdi.
banner

Oxşar Xəbərlər