AZE | RUS | ENG |

Millət vəkili: Gəncə Avtomobil zavodunda ilkə imza atılıb

Millət vəkili: Gəncə Avtomobil zavodunda ilkə imza atılıb
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində ilk dəfə olaraq "E-321” markalı elektrobus və "PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb. Mərasimdə Belarus baş nazirinin müavini İqor Lyaşenko, Sənaye nazirinin müavini Dimitri Korçik, "Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Novikov, Belarusun ölkəmizdəki Fövqaladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, millət vəkili Naqif Həmzəyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib. İlk elektrobusun və taxılyığan kombaynın istehsalına başlanması Azərbaycan sənayesi üçün böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda maşınqayırma sənayesinin uğurla inkişaf etdiyini göstərir. Bu mühüm hadisə Azərbaycanla Belarus arasında mövcud olan və daima inkişaf edən hərtərəfli qarşılıqlı əməkdaşlığın nəticəsidir. Bu məhsullar Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin və Belarusun "Belkommunaş” ASC arasında bağlanmış ikitərəli müqavilələr çərçivəsində istehsal olunmuşdur. Müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunan elektrobusun istehsalına başlanması Azərbaycan sənayesində ciddi bir hadisədir. Bu elektrobuslar yaxın gələcəkdə əhaliyə ekoloji baxımdan təmiz, keyfiyyətli xidmət göstərəcəklər. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun, eləcə də qeyri-neft sənayesinin inkişafı ilə bağlı müəyyənləşdirdiyi və uğura həyata keçirilən siyasətin nəticəsində mümkün olmuşdur. Əldə olan bu uğurlu nəticəyə görə Gəcə Avtomobil Zavodu İstehsalat Birliyinin kollektivini təbrik edir və yeni-yeni uğurlar arzu edirəm.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775