• cümə, 26 Aprel, 16:29
  • Baku Bakı 23°C

Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib

23.01.20 18:06 3900
Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib
Seçki Məcəlləsinə azı 10 gün qalmış bülletenlər hazırlanmalıdır. Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
MSK sədri, həmçinin çıxışında siyasi partiyalara da xəbərdarlıq edib. O qeyd edib ki, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb: "Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o, şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq. Bu barədə növbəti iclasımıza qədər partiyalar bizə məlumat verməlidir".
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
banner

Oxşar Xəbərlər