“Məxməri” inqilab məxməri gedişə çevriləcəkmi?

Nikol Paşinyan hakimiyyətinə qarşı hər tərəfdən
hücumlar var. Eks-prezidentlər - Robert Koçaryan və Serj Sarkisyanla birləşən
separatçı bölgə, daşnaklar, əlində milyardlarla dollar cəmləyən əvvəlki
hakimiyyət baş nazirə qarşı güc kimi formalaşır. Separatçı qurumun rəhbərliyinin
ötən gün Serj Sarkisyanı nümayişkaranə şəkildə təbrik etməsi də diqqətdən
yayınmır. Ən əsası, erməniləri forpost gözündə görən Rusiyanın da inqilabçı baş
naziri görməyə gözü yoxdur. Artıq Paşinyanın tərəfində olanlar, daha dəqiq desək
ətrafındakılar da ona qarşı çıxırlar. Məsələn, hakim "Vətəndaş müqaviləsi”in təsisçilərindən
biri və "Mənim addımım” blokundan olan deputat Sasun Mikaelyan təmsil olunduğu
partiyanı, eləcə də, Paşinyanın yaxın adamı olan Kotaysk vilayətinin
qubernatoru Romanos Petrosyanı sərt tənqid edib. Mikaelyan Abovyan meri uğrunda
keçirilən seçkilərdə məğlubiyyətə görə məhz onu günahkar sayıb. "Romanos
Petrosyan vilayətdə əsas "fiqur” olmağa çalışır. Mer vəzifəsinə öz namizədini təyin
etmək niyyətində idi. Lakin bu ona qismət olmadı”. Sasun Mikaelyan partiyanın
namizədi Qriqor Qulyana qarşı səs vermədiyini gizlətmədiyini də açıq şəkildə bəyan
edib. Onun sözlərinə görə, Abovyanda keçirilən seçkilərdə qalib olan hazırkı
mer Vaaqn Gevorkyan mer vəzifəsində çox yaxşı çalışır. Məhz bu şəxsin sahəsində
şəhər büdcəsini doldurmaq mümkün olur. Sasun Mikaelyan bildirib ki, hakimiyyət
namizədinə qarşı çıxış etməyib. "Mən "Vətəndaş müqaviləsi”ndən olan namizədə zərbə
endirməmişəm. Belə hal qətiyyən baş verməyib. Abovyanda keçirilən seçkilərdə "Vətəndaş
müqaviləsi” məhz Romanos Petrosyana görə məğlub olub. Çünki, o, Abovyan meri
uğrunda seçkilərdə öz rolunu xüsusi qabardırdı. Baş nazir də Abovyana getməməli
idi. Bu gün elə bir vəziyyət yaranıb ki, bəzi insanlar özlərini fövqəl şəxslər
hesab edirlər. Məsələn, Romanos "məxməri inqilab”ın baş verməsində, hətta erməni
tarixində özünün rolunun əvəzsiz olduğunu bəyan edir. Görünən odur ki, əgər
bizlər bütün bunlardan nəticə çıxarmasaq, "məxməri inqilab” "məxməri gediş”
olacaq”, - deyə Mikaelyan bildirib.
Xatırladaq ki, seçkilərdən sonra Kotayk qubernatoru bildirib ki, Abovyanda vətəndaş kriminal-oliqarxik, kriminal şəraitdə yaşayan deputata məğlub olub. "Gedin baxın Romanos Petrosyanın yanında kimlər təmsil olunub? Onlar kriminal ünsürlərlə əlaqədə olan insanlardır. Bu gün onlar hansısa hərəkatdan, dəyərlərdən danışırlar. Bütün bunların fonunda isə Kotaysk vilayətinin qubernatoru Romanos Petrosyan hakim partiyanın rəhbərliyinə irəli çəkilib”, - deyə S.Mikaelyan bildirib. Əlavə edib ki, bu şəxs N.Paşinyanla "Vətəndaş müqaviləsi”nin İdarə Heyətində təmsil olunur. Bəzi məlumatlara görə, Mikaelyan deputat mandatından imtina etməyə hazırlaşır. Yeri gəlmişkən, Ermənistanın Abovyan şəhərinin meri vəzifəsi uğrunda mübarizədə məğlub olmuş iqtidar partiyasından olan deputat Sasun Mikaelyanın "məxməri inqilab”dan sonra baş verəcək "məxməri gediş” sözlərini şərh edən politoloq Armen Badalyan qeyd edib ki, Paşinyan hökumətinin daxilində çəkişmələr getdikcə artır. Bu isə onun fikrincə, baş nazirin tərəfdarlarının bir çoxunun siyasətdən kənarda qalması ilə nəticələnəcək. Erməni politoloq "məxməri inqilab”ın Ermənistanda kriminal oliqarxların kənarlaşdırılması və bir adamın hakimiyyətinin bərqərar olması ilə nəticələndiyini bildirib. Onun sözlərinə görə, Paşinyanın özü də partiyasının heç bir ideoloji əsaslara söykənmədiyini etiraf edib. Bu isə öz növbəsində, yüksək vəzifələrə təyinatların baş nazirə yaxınlıq prinsipi ilə həyata keçirilməsinə səbəb olur. Politoloq hesab edir ki, bu cür şəraitdə hakimiyyətdaxili mübarizənin güclənməsi labüddür. Erməni politoloq yaranmış vəziyyətin daha bir təhlükəli nüansını diqqətə çatdırıb. Belə ki, Paşinyanın ölkənin rayonlarında olan bəzi tərəfdarları həm yüksək nüfuza, həm də silahlı dəstələrə malikdirlər. O, buna misal olaraq Kotayk rayonunda "Yerkrap” könüllülər ittifaqı adlanan hərbiləşdirilmiş strukturun başçısı həmin Sasun Mikaelyanı göstərib. Badalyan hesab edir ki, bu cür adamların hakimiyyətdən kənarda qalması baş nazir üçün təhlükə törədəcək.
Paşinyan hakimiyyətindən narazılıq tək bununla bağlı deyil. Məsələn, Ermənistanın baş prokuroru yanında komissiya 2018-ci ilin yanvarından 2019-cu ilin iyunundakı sosial təminat sistemində olan korrupsiya hallarını təhlil edib. Həmin dövrdə sosial təminat idarələrində rüşvət halları ilə bağlı 166 cinayət işi qaldırılıb. Təhlil göstərib ki, korrupsiya bütün ölkəni əhatə edib. Prokurorların məlumatına görə, bir sıra vətəndaşlar sosial müavinət almaq üçün rüşvət veriblər. Bundan başqa, yüzlərlə insan bu siyahılara daxil edilib, lakin özlərinin bundan xəbəri olmayıb. Onların əvəzinə sosial müavinətləri sosial təminat xidmətlərinin əməkdaşları alıblar. Korrupsiya əməllərində vilayət administrasiyalarının əməkdaşları, şəhər meriyalarının sosial təminat şöbələrinin ərazi idarələrinin rəisləri və aparıcı mütəxəssisləri, poçt şöbələrinin rəhbərləri də iştirak ediblər. Qaldırılmış cinayət işləri çərçivəsində 249 nəfərə qarşı ittiham irəli sürülüb, 41 nəfərin işləri isə məhkəmələrə göndərilib. Artıq sosial təminat şöbələrinin 33 məmuru məhkum olunub. Dövlətə vurulan zərərin ümumi məbləği 1,6 milyon dollardır. İndiyədək 291 min dollar məbləğində vəsait geri qaytarılıb.
Azər NURİYEV