• şənbə, 27 Aprel, 09:05
  • Baku Bakı 12°C

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

15.08.20 14:45 654
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Bu ildən etibarən məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu bütün respublika üzrə əhatə olunacaq. Hər il təxminən avqust ayının ikinci on günlüyündə məktəbəhazırlıq qruplarına şagird qəbuluhttps://mektebeqebul.edu.az/az/elektron sistemi vasitəsilə həyata keçirilirdi.
Koronavirus pandemiyası səbəbindən bu il üçünsənəd qəbulunun dəqiq vaxtı hələ açıqlanmayıb.
Xatırladaq ki, ötən tədris ilində məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək davam edib. 2018-ci ildə isə ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçirilib. Bu il üçünsənəd qəbulunun növbəti iki həftə ərzində elan edilməsi planlaşdırılır.Baxmayaraq ki, tədrisin hansı formada və nə vaxtdan aparılacağı ilə bağlı hələ yekun qərar yoxdur.
Yeri gəlmişkən,Təhsil İnstitutu COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib.
Elmi araşdırmalardatəhsil müəssisələrinin açılması ilə bağlı bir sıra qabaqcıl dünya ölkələrinintəcrübəsində istifadə olunan mərhələli yanaşma şərtlərinə yer verilib.
Qeyd olunub ki,yumşaq karantin mərhələsində məktəbəqədər və ibtidai təhsilin açılması barədə qərar verilir,digər müəssisələr isə bağlı qalır. Tədris proqramlarının böyük hissəsi məsafədən təmin edilir. Bumərhələdə məktəb günlərinin sayı azaldılır, diqqət həssas qruplar və fənlərə yönəldilir. Ciddi təhlükəsizlikprotokolları tətbiq edilir, məktəb heyəti, müəllimlər və infrastrukturla bağlı qaydalar müəyyən edilir.
2019-cu ilin əvvəlinə Bakı şəhəri və rayonları üzrə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin statistikasına əsasən, 106 özəl məktəbəqədər təhsilmüəssisəsində 4124 uşaq təhsil alıb. Azyaşlı uşaqların yoluxma riskinin digər yaş qruplarına nisbətənaşağı olması bu məntiqi əsaslandıran mühüm məqamdır. Nəzərə alsaq ki, karantin rejiminin yumşaldılmasıilə valideynlərin daha böyük hissəsi normal iş həyatına qayıdacaqlar, bu mənada baxıma ehtiyac olanuşaqların məktəbəqədər təhsilə cəlb edilməsi valideynlər üçün ciddi dəstək olacaq.
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ayrı-ayrı təhsil pilləri üzrə təklif edilənmodellər mövcud yerli vəziyyəti təhlil etməklə və təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması iləbağlı beynəlxalq təcrübəni qiymətləndirməklə təhsilmüəssisələrindəki (özəl və dövlət) fəaliyyətin qismən və mərhələli şəkildə bərpasını təklif edir:
Məktəbəqədər təhsilə gəlincə, uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaqbağçalarının yalnız "sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.
Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planıəsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqdayarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur.
İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10000-ə qədər uşaq cəlb edilib. Buqruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplardauşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq buqrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.
banner

Oxşar Xəbərlər