AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Türkiyə xalqının kədəri bizim kədərimizdir" - FOTO

Siyasət
30 İyul 2021, 16:45 827
Birinci vitse-prezident Mehriban Əliyeva güclü meşə yanğınları və onların törətdiyi fəsadlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

Kaspi.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" hesabında edilən paylaşımda deyilir: "Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"