AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Maliyyə piramidası fırıldağı necə işləyir? - AÇIQLAMA

Maliyyə piramidası fırıldağı necə işləyir? - AÇIQLAMA

İqtisadiyyat
29 Noyabr 2021, 11:30 126
Son zamanlar Azərbaycanda da vətəndaşlar maliyyə piramidası fırıldaqçılığı ilə üzləşirlər. Maliyyə piramidası iştirakçılarını daim yeni maliyyə mənbələrinə cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur. Layihənin ilkin mərhələsində ona üzv olanlar maliyyə piramidasından vəd edilmiş qazancı əldə edə bilirlər.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, maliyyə piramidalarının bir neçə iş prinsipi var.
"Birinci iş prinsipi daha çox insanın bura cəlb olunmasıdır. Əks halda, onlar insanları aldada bilmirlər. İlk qoşulanlara qoyduqları pulun qarşılığında faizlər ödənilir. Həmin insanlar təhrik edilir ki, ətrafında olan insanları bu piramidaya qoşsunlar. İlk qoşulanlar nəsə gəlir əldə etsələr də sonradan onlara qoşulanlar heç nə əldə etmirlər. İnsanlar axın etdikcə maliyyə kütləsi böyüyür. Əslində, bu piramidalar heç bir iqtisadi əsasa söykənmir. İkinci forma kimi isə kütləviliyin təmin edilməsi üçün müxtəlif vasitələr ortaya atılır. Kimlərsə ucuz bir əşyanı digərinə daha baha qiymətə ötürür.
Burada sual olunur ki, insanlar heç bir əsası olmayan bu piramidalara niyə maraq göstərir. İnsanlar, əsasən, onlara söz verilən dvidentlərə aldanırlar. Belə ki, maliyyə piramidaları 20%-dan çox dvident söz verir. Bunun nəticəsində də kütləvilik təmin olunur. İlk qoşulanlar bu xeyiri gördüyünə görə sonradan gələnlər üçün nümunə olurlar və beləcə, insanlar aldanır.
Vətəndaşlarımıza tövsiyə edərdim ki, böyük dvidentlər söz verən təşkilatlara inanmasınlar. Əlavə vəsait əldə etmək istəyirsinizsə, banklara, maliyyə birjalarına pul yatıraraq dvident əldə edə bilərsiniz" - deyə, ekspert bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti sosial şəbəkələrin imkanlarından istifadə etməklə maliyyə piramidası yaradaraq dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da onların külli miqdarda pul vəsaitini ələ keçirən mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi barədə məlumat yaymışdı.