• şənbə, 27 Aprel, 09:18
  • Baku Bakı 12°C

Macarıstan Prezidenti Azərbaycanın Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

27.05.21 15:13 388
Macarıstan Prezidenti Azərbaycanın Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Macarıstanın Prezidenti Yanoş Ader Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır, bu səbəbdən ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamik inkişafından məmnunam. Əminəm ki, qarşıdakı illər ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi üçün yeni perspektivlər açacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali vəzifənizdə yeni uğurlar diləyirəm”.
banner

Oxşar Xəbərlər