AZE | RUS | ENG |

Ölkəmiz daha bir beynəlxalq forumda iştirak edir

Ölkəmiz daha bir beynəlxalq forumda iştirak edir
Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin "Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” adlı XIV forumunda ölkəmiz də təmsil olunur. Ölkəmizi bu forumda Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Musiqili Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, MDB-yə üzv ölkələrdən 200-dək nümayəndənin iştirak etdiyi Forum çərçivəsində keçiriləcək plenar və bölmə iclaslarında elm, təhsil və mədəniyyət xadimləri qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq məsələləri, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması barədə fikir mübadiləsi aparacaqlar.
Mayın 17-dək davam edəcək forum işini MDB-də keçirilən "Kitab ili” ilə əlaqədar yeni nəşrlər və kitab mübadiləsi, "Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü problemlərinin müzakirəsi, həmçinin, MDB-nin əsas dövlətlərarası mükafatı – "Birlik ulduzları”nın təqdimat mərasimi ilə yekunlaşdıracaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779