bazar, 04 Dekabr, 10:12

Baku Bakı 4°C

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

icon 322 icon 06 oktyabr 2022 | 18:00 Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin, ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən, Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.