Koronavirusla mübarizə: Sosial çarxlar effektlidirmi?
Telekanallarda və sosial mediada təqdim olunan maarifləndirici çarxlar təqdir
edilir
Bütün dünyada yayılan koronavirusa yolxumamaq üçün #Evdəqal həştəqi ilə sosial şəbəkələrdə çağırışlar edilir. Bu istiqamətdə Azərbaycan televziyalarında məlumatlandırma xarakterli sosial çarxlara, efirdə insanları marifləndirmə xarakterli reklamlara üstünlük verilməsi təqdirəlayiq haldır.
Hazırda internetdən geniş istifadə edildiyi bir dönəmdə bu cür reklamları nəinki televziyalarda, sosial şəbəkələrdə də görürük. Lakin koronavirusla mübarizə üsullarını göstərən çarxları hazırlamq, qısa bir zamanda tədim etmək asan məsələ deyil.
Bəs, görəsən, sosial çarxlar bu gün öz aktullığını, təsir gücünü qoruyub saxlaya bilirmi? Məlumat xarakterli çəkilən çarxların əhəmiyyəti nə qədərdir?
Rejissor Rüfət Şahbazov deyir ki, sosial çarx çəkməkdə əsas məqsədləri həkimlərə olan güvəni artırmaq, onların əməyini qiymətləndirməkdən ibarət olub: "Bizim çox şərəfli, hörməti həkimlərimiz var ki, bu gün hər kəs evində olduğu, virusdan qorunmağa çalışdığı halda onlar bu virusla mübarizə aparır, virusa yoluxanlara xidmət edirlər. Biz evdə oturmaqla onların işini daha da asanlaşdırır, virusa yoluxmamaqla həm öz sağlamlığımızı qoruyur, həm də onların işlərində təhlükə riskini azaltmış oluruq. Həkimlərimiz birbaşa virusa yoluxmuş insanlarla birlikdə mübraizə aparırlar. Biz həmişə mübarizə deyəndə, hərbçilərimizi xatırlayırıq. İndi mübarizə deyəndə həkimlərimiz yada düşür. Həkimlərimiz elmi bilikləri, savadları ilə virusla mübarizə aparırlar. Biz də yaradıcı insan olaraq "Xəzər” televziyasının rəhbərliyinin təklifi ilə bu nüansı diqqət mərkəzinə gətirərək, sosial çarx hazırlamaq qərarına gəldik. Müqayisə etməyə çalışdıq ki, dünən orduya gedən, torpaqları düşməndən qoruyan bir zabitin həkim həyat yoldaşı bu gün virusla müharibəyə gedir. "Biz həkimlərimizə güvənirik" şüarı ilə yola çıxdıq və hazırladığımız çarx nəinki bizim kanalda, digər kanallarda və sosial şəbəkələrdə ən çox izlənilən çarxlardandır".
Qeyd edək ki, nəinki rejissorlar və ayrı-ayrı şəxslər, eyni zamanda, bir çox dövlət qurumları da çarxlar hazırlayaraq, öz saytlarında yerləşdirirlər. Məsələn, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb.
Bu sosial çarxlar "Yaşlıları koronavirusdan qoruyaq!", "Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?" və "Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?" mövzularına həsr edilib.
Xəyalə Rəis
Bütün dünyada yayılan koronavirusa yolxumamaq üçün #Evdəqal həştəqi ilə sosial şəbəkələrdə çağırışlar edilir. Bu istiqamətdə Azərbaycan televziyalarında məlumatlandırma xarakterli sosial çarxlara, efirdə insanları marifləndirmə xarakterli reklamlara üstünlük verilməsi təqdirəlayiq haldır.
Hazırda internetdən geniş istifadə edildiyi bir dönəmdə bu cür reklamları nəinki televziyalarda, sosial şəbəkələrdə də görürük. Lakin koronavirusla mübarizə üsullarını göstərən çarxları hazırlamq, qısa bir zamanda tədim etmək asan məsələ deyil.
Bəs, görəsən, sosial çarxlar bu gün öz aktullığını, təsir gücünü qoruyub saxlaya bilirmi? Məlumat xarakterli çəkilən çarxların əhəmiyyəti nə qədərdir?
Milli Televiziya və Radio
Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül
Dadaşov deyir ki, telekanallarımız koronavirusla mübarizə çərçivəsində proqram
səbətlərini ekstremal şəraitə uyğun qurublar: "Verilişlərinin formatlarını
mövcud situasiyaya uyğunlaşdırıblar. İnsanların mövcud pandemiya ilə bağlı
maarifləndirilməsi istiqamətində çox təqdirəlayiq addımlar atırlar. Bunların
arasında sosial çarxların xüsusi rolu var. Məlum olduğu kimi, həmin sosial
çarxlar sosial reklam kimi qəbul edilir və qanunla tənzimlənir. Qanunda göstərilir
ki, sosial reklam - insanların şüurunda ictimai normalara uyğun davranış
qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətini cəmiyyətdəki
sosial məsələlərə yönəldən, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan
qeyri-kommersiya xarakterli məlumatdır. Mülkiyyət formasından asılı olmayaraq,
hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir
vaxtının ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial
reklam efirdə məzmununa uyğun olaraq saat 9:00-dan 00:00-a
qədər olan müddət ərzində yayımlanmalıdır. Televiziya və radioda yayımlanan
sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir.
Bu gün sosial reklam xarakterli çarxlardan uğurla istifadə olunur və kifayət qədər
effektivdir".
Əməkdar artist, rejissor Ramin
Hacıyev isə bildirib: "Dünyada yayılan bu virusla mübarizədə istədik bizim də bir
payımız olsun. Rejissorların bir işi də insanları məlumatlandırmaq, onu görüntülü şəkildə təqdim etməkdir.
Biz hazırladığımız sosial videoda həkimlərimizə müraciət etmişik. Belə ki, "canımız sizə, ailələriniz bizə əmanətdir" - deyərək həkimlərin dünyanı öz
təsir dairəsinə salan virusla üz-üzə
mübarizə apardığını və bunun özünün bir qəhrəmanlıq hekayəsi olduğunu göstərməyə
çalışmışıq. Həkimlərimiz övladlarını evdə qoyub bu virusa yoluxan insanlara kömək
edirlər, təhülükənin tam mərkəzində onunla mübarizə aparırlar. Bu mübarizdə həkimlərlə
yanaşı, məmurlar və polislərlərimizin
də əməyi az deyil. Biz də çalışdıq ki, əlimizdən gələni edək. Evdə oturanlar
üçün işlədik və bir çarx hazırladıq. Bu
çarxların təsir gücü çoxdur".
Rejissor deyir ki, çarxın
ssenarisi "Xalxın evi", "Ay yay yay" serialının kollektivinə
məxsudur: "Çarxın çəkiliş prosesində gigiyenik qaydalara əməl edirdik. Çəkiliş
prosesinə maska ilə gəlirdik, ancaq "motor" deyiləndə, maskalar çıxarılırdı". Rejissor Rüfət Şahbazov deyir ki, sosial çarx çəkməkdə əsas məqsədləri həkimlərə olan güvəni artırmaq, onların əməyini qiymətləndirməkdən ibarət olub: "Bizim çox şərəfli, hörməti həkimlərimiz var ki, bu gün hər kəs evində olduğu, virusdan qorunmağa çalışdığı halda onlar bu virusla mübarizə aparır, virusa yoluxanlara xidmət edirlər. Biz evdə oturmaqla onların işini daha da asanlaşdırır, virusa yoluxmamaqla həm öz sağlamlığımızı qoruyur, həm də onların işlərində təhlükə riskini azaltmış oluruq. Həkimlərimiz birbaşa virusa yoluxmuş insanlarla birlikdə mübraizə aparırlar. Biz həmişə mübarizə deyəndə, hərbçilərimizi xatırlayırıq. İndi mübarizə deyəndə həkimlərimiz yada düşür. Həkimlərimiz elmi bilikləri, savadları ilə virusla mübarizə aparırlar. Biz də yaradıcı insan olaraq "Xəzər” televziyasının rəhbərliyinin təklifi ilə bu nüansı diqqət mərkəzinə gətirərək, sosial çarx hazırlamaq qərarına gəldik. Müqayisə etməyə çalışdıq ki, dünən orduya gedən, torpaqları düşməndən qoruyan bir zabitin həkim həyat yoldaşı bu gün virusla müharibəyə gedir. "Biz həkimlərimizə güvənirik" şüarı ilə yola çıxdıq və hazırladığımız çarx nəinki bizim kanalda, digər kanallarda və sosial şəbəkələrdə ən çox izlənilən çarxlardandır".