Könüllü Proqramında iştirak edən gənclərə sertifikatlar təqdim edilib

Könüllü Proqramında iştirak edən gənclərə sertifikatlar təqdim edilib

Cəmiyyət
11 Dekabr 2019, 15:30 304
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən bir qrup gəncə sertifikatlar verilib. "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar təqdim edilib. Bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.

Məhkəmənin fəaliyyətində iştirak edən könüllülər Bakı Dövlət Universitetinin hüquqşünas ixtisası üzrə oxuyan tələbələridir.

Konstitusiya Məhkəməsində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçmiş, vətəndaşların qəbulunda bilavasitə iştirak etmiş, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi prosesi ilə yaxından tanış olmuşlar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramında könüllü kimi iştirak etmək arzusunda olan gənclərin sənədlərinin qəbulu davam etdirilir.