• cümə, 19 Aprel, 15:40
  • Baku Bakı 25°C

Könül Kərimova: “Onun mənim evimdə nə işi var?“

13.11.13 13:54 2003
Könül Kərimova: “Onun mənim evimdə nə işi var?“
"Mən belə söhbətləri eşidəndə ətim tökülür. Necə ola bilər ki, mən evimi satım. Maklerin mənim evimdə nə işi var?! Mən biznesmenəm məgər, bankrot olum? Gülməli-gülməli söhbətlərdir, bekarçılıqdan yazırlar”.
Milli.Az xəbər verir ki, bu açıqlamanı mövqe.az-a borca düşdüyü üçün evini satdığı barədə yalan məlumatlara aydınlıq gətirən Könül Kərimova deyib:
"Ola bilməz ki, mən borc edim ya evimi satım. Mən villada qalıram. Evim muzeydir. Adam da belə evi satar? Hansı axmaq belə evi satar? Makler o vaxt bu evi mənə satanda dedi ki, bu evi al, peşman olmayacaqsan. Bütün işlərin yağ kimi gedəcək. Elə-elə də oldu. Bu ev mənim üçün çox dəyərlidir, əvəzolunmazdır. İnsan evi satıb nə isə əldə etməz, əksinə, nələrisə qurban verib ev alar. O vaxt bu evi alanda mənim pulum çatmırdı, bina evimi satdım, avtomobilimi satdım və bu evi aldım. Çox bəyənirəm bu evi və çox da xoşbəxtəm ki, belə bir evim var. Mən gözəl arzular iddiasındayam. Oğlum, qızım böyüyür”.
banner

Oxşar Xəbərlər