• cümə, 29 Mart, 04:32
  • Baku Bakı 7°C

Kənd təsərrüfatında istifadə olunan dərmanlar məhsuldarlığı azaldır

14.09.19 17:15 623
Kənd təsərrüfatında istifadə olunan dərmanlar məhsuldarlığı azaldır
Hazırda bütün dünyada kənd təsərrüfatında məhsuldarlıq getdikcə azalır. Bu proses ölkəmizdən də yan keçmir. Bunun müxtəlif səbəbləri var - torpağın yorulması, iqlim dəyişmələri və s. Bu səbəblərdən biri, bəlkə də ən vacibi tozlandırıcı həşəratların sayının azalması, onların məhv olmasıdır.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. O bildirib ki, kənd təsərrüfatında ziyanvericilərə qarşı istifadə edilən herbisidlər, pestisidlər tozlandırıcı həşəratların, böcəklərin məhv olmasına səbəb olur, nəticədə məhsuldarlıq azalır.
Elman Yusifov vurğulayıb ki, bunların qarşısını almaq üçün Zoologiya İnstitutunda Tətbiqi Zoologiya Mərkəzi yaradılıb. Bu Mərkəzdə ziyanvericiləri məhv edən həşəratlar çoxaldılır. Bununla da kənd təsərrüfatında bioloji mübarizə üsulundan istifadəyə imkan yaradılır. Bioloji mübarizə üsulunda ziyanvericilərlə qidalanan həşəratlar, böcəklər çoxaldılır və ehtiyac olan sahələrə buraxılır. Ümid edirəm ki, gələcəkdə Tətbiqi Zoologiya Mərkəzi Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq edəcək. Kənd təsərrüfatında ziyanvericilərə qarşı dərmanlarla deyil, bioloji mübarizə aparılacaq.
Müsahibimiz qeyd edib ki, kənd təsərrüfatında istifadə olunan dərmanlar təkcə faydalı həşəratları öldürməklə qalmır, havanı, torpağı, torpaq vasitəsilə hoparaq qrunt sularını zəhərləyir. Sonda bütün bu pis nəticələr insanlara təsir edir.
banner

Oxşar Xəbərlər